"Formula 1"-lə bağlı bir sıra müntəzəm marşrutlar üzrə dəyişiklik edilib. Bu barədə 8 iyun tarixində Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumata əsasən, yarış həftəsi məhdudiyyətin tətbiq olunduğu müddətdə 20 müntəzəm marşrut xətti üzrə 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205, M3 və H1 nömrəli avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik olunub.
Agentlik tərəfindən paytaxt sakinlərindən ciddi zərurət yaranmadığı halda şəhər mərkəzinə şəxsi nəqliyyat vasitəsilə səyahət etməmək tövsiyə olunur.