Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “Formula 1"lə bağlı sürücülərə müraciət edib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yollarda müşahidə olunan son vəziyyəti açıqlayaraq sürücülərdən daha çox ictimai nəqliyyata üstünlük vermələrini xahiş edir. Həmçinin sürücülərdən “Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar yollardakı müvəqqəti dəyişiklik və məhdudiyyətləri anlayışla qarşılamaq və dayanma-durma qaydalarına ciddi riayət etmək istənilib.