Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Yevlax rayonu və Mingəçevir şəhəri sakinlərini qəbul edəcək. Bu barədə Nazirlik iyulun 5-də məlumat verib.
Görüş 2022-ci il iyulun 8-də Yevlax şəhəri, Nazirliyin Aran Regional Mərkəzinin inzibati binasında saat 11:00-da baş tutacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı isə iyulun 7-də saat 09:00-da başlayacaq.
Vətəndaşlar qəbula gəldikdə şəxsiyyət vəsiqələrini təqdim etməli olacaqlar.