Bəzi blogerlər iddia edirlər ki, fransız siyasətçilərinin Azərbaycana qarşı sanksiyalar tətbiq etmək niyyəti ilə bağlı “şayiələrin” heç bir əsası yoxdur. Guya bunların hamısı – uydurmalardır, və belə təhlükə mövcud deyil.
Bu cür fikirlərə səbəb isə Azərbaycan xalqı adından Fransa Senatına və xalqına yönəlmiş petisiyanın yayılması oldu. Bu petisiya 10 nəfər sıravi azərbaycanlı tərəfindən tərtib edilib və Fransa Senatının qətnamə layihəsinə olan cavabdır, həmin qətnamənin Senatda baxılması isə 15 noyabr tarixinə təyin edilib. Orada Fransa xalqının Ermənistana hərbi yardım etməsinə, Azərbaycanı “kütləvi və hərbi cinayətlərdə” ittiham edilməsinə, və Avropa İttifaqı tərəfindən Azərbaycan neft və qazının idxalına embarqo tətbiq edilməsinə çağırış yer alıb.
Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi və Ermənistana hərbi yardım edilməsini bir çox fransız siyasətçisi dəstəkləyir. Biz, onların bu haqda son 2.5 ay ərzində olan çıxışlarını toplamışıq. Sitatlar bu təhlükənin nə qədər real olmasını təsdiq edir.
2 avqust 2022-ci il tarixində Senatın sağ mərkəzçi “Les Républicains” (“Respublikaçılar”) partiyasından olan üzvü Stefan Le Rudelye Twitterdə bunları yazıb: “Mən Avropa işlə üzrə dövlət müşavirinə Azərbaycan və Avropa İttifaqı arasında olan əməkdaşlığa qarşı çıxış etməsi üçün xahiş etmək məqsədilə yazmışam. Diktaturanı maliyyəşdirməyək, Ermənistan Respublikasını və Artsaxı şübhə altında qoymayaq ” [https://twitter.com/slerudulier/status/1554422982935732224].
13 sentyabr 2022-ci il tarixində “Les Républicains” partiyasından olan Avropa Parlamentinin millət vəkili Fransua-Ksavye Bellami Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə və bu ölkədən qaz idxalının dayandırılmağına dair çağırış edib. Bellami Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham edib. [https://www.youtube.com/watch?v=icgJKehVTmU].
15 sentyabr 2022-ci il tarixində “Les Républicains” partiyasından olan Senatın üzvü Valeri Buaye Twitterdə bunları yazıb: Fransa “Azərbaycan aqressoruna qarşı sanksiyalar tələb etməlidir” [https://twitter.com/valerieboyer13/status/1570351437535748096?cxt=HHwWgIC97f6TgcsrAAAA].
15 sentyabr 2022-ci il tarixində “Les Républicains” partiyasının üzvü, İl-de-Frans regional şurasının vitse-prezidenti Patrik Karam Fransadakı Erməni Assosasiyalarının Koordinasiya Şurasının təzahürlərində çıxış edib (Conseil de coordination des organisations arméniennes de France). O, bu haqda öz Twitter hesabında bunları yazıb: “Mən Fransanı və Avropanı, Ukraynadakı kimi, Azərbaycan qazını boykot etməyə, silah və hərbi qoşunlar yönəltməyə, blokada və iqtisadi müharibə törətməyə çağırıram, çünki erməni qanı elə ukraynalı qanı kimidir”. [https://twitter.com/karampatrick/status/1570466054278627335]
29 sentyabr 2022-ci il tarixində Marselin bələdiyyə müşaviri Avrora Bruna Twitter vasitəsilə Fransa prezidentinə müraciət edib: “Ermənistana silah və sülhməramlılar! Azərbaycanı ictimai şəkildə qınamaq! Fransa Ermənistana yardım etməlidir” [https://twitter.com/AuroreBruna1/status/1575366986112159745?cxt=HHwWgsC-4av76dwrAAAA].
3 oktyabr 2022-ci il tarixində Xalq cumhuriyyəti (Rassemblement national) partiyasından olan Milli Assambleyanın millət vəkili Jerom Buisson, Milli Assambleyada çıxışı zamanı bəyan edib: “...Heç bir problem olmadan dünyanın ən korrupsioner ölkələrdən biri olan Azərbaycandan qaz alınır, ümumi laqeydlik fonunda Ermənistana hücum edir!
[mənbə: Milli Assambleyanın saytı: https://www.assemblee-nationale.fr/dyn/16/comptes-rendus/seance/session-ordinaire-de-2022-2023/premiere-seance-du-lundi-03-octobre-2022].
3 oktyabr 2022-ci il tarixində Avropa Parlamentinin Fransadan olan millət vəkili Natali Luazo (Avropa Parlamentinin Renew Europe siyasi qrupunun üzvü) L’Europe Ensemble Twitter hesabında yayımlanan videoda bəyan edib: “Bugün Azərbaycan Ermənistana hücum edir. 13 sentyabr tarixində hərbi əməliyyat başlayıb, atəşkəs rejimi çox etibarsızdır, erməni əsgərləri soyuqqanlı şəkildə edam edilib. Həmçinin, Azərbaycan əsgərlərinin erməni əsgərlərinə qarşı hərbi cinayətlər törətdiyi, ağlasığmaz işgəncələr etdiyi şübhələri mövcuddur. Buna görə isə ölkəni ilk öncə kəskin qınamaq lazımdır, lakin Avropa İttifaqı hələ çox zəif, çox xeyirxahdır...Əgər biz Ukraynadakı rus aqressiyasını qınayırıqsa, ikili standartlar yoxdur, biz heç bir məhdudiyyət olmadan, Azərbaycanın Ermənistana qarşı aqressiyasını qınamalıyıq ” [https://twitter.com/Ensemble_UE/status/1577004551260950528].
4 oktyabr 2022-ci il tarixində Fransanın XİN-in başçısı Katrin Kolonna Milli Assambleyada bildirib:
“Hərbi əsirlərin edam edilməsi beynəlxalq humanitar haqqının pozulması deməkdir və bu, hərbi cinayətdir. Bu, heç cür cəzasız qala bilməz…” [mənbə: LCP parlament televiziya kanalı https://twitter.com/LCP/status/1577313528373026819?cxt=HHwWhoC94YGT3-MrAAAA]
5 oktyabr 2022-ci il tarixində “Fəthedilməz Fransa” Partiyasından Milli Assambleyanın deputatı olan Sebastyan Deloqu “Azərbaycanın Ermənistana qarşı nümayiş etdirdiyi aqressiyadan” sonra bu ölkəyə səfəri zamanı Twitterdə paylaşım edib. O qeyd edib: “Mən ora Fransa və Aİ-nin Azərbaycan ilə vacib qaz sazişinin imzalandığı vaxt səssizlikdə gedən müharibənin şahidi olmaq üçün gedirəm”. Deloqu “Azərbaycan qazının Avropaya ixracını” mühakimə etməyə və “Ermənistana ciddi hərbi dəstəyin göstərilməsinə” çağırış edib. [https://twitter.com/sebastiendelogu/status/1578060216071081986].
5 oktyabr 2022-ci il tarixində Senatın “Les Républicains” partiyasından olan üzvü Valeri Buaye Milli Assambleyada çıxışı zamanı bildirib: “İranlı xanımların mərdliyini alqışladığımız zaman mən təəssüf edirəm ki, biz daha çox ermənistanlı qadınlardan danışmırıq, hansıları ki hal-hazırda qürurlu azərbaycanlılar işgəncələrə məruz qoyur, parçalayır, zorlayır və öldürürlər və bütün bunları videoya çəkirlər. Mən Anuş Apetyanı nəzərdə tuturam. Bu qəddarlıq tam bir biganəliyin fonunda baş verir. Ermənilərin qanı hazırda ukraynalıların və iranlıların qanları axıdıldığı kimi axıdılır. Biz onları tərk etməməliyik”. [mənbə: Public Sénat parlament telekanalı https://twitter.com/publicsenat/status/1577687277056262147 ].
6 oktyabr 2022-ci il tarixində Senatın üzvü və “Respublikaçılar” sağ mərkəzçi partiyasının sədri Bruno Retayo Public Senat telekanalında çıxış edib və çıxışının bəzi hissələrini şəxsi Twitter hesabında paylaşıb: “Ursula fon der Lyayenin Azərbaycana qaz sazişi imzalamaq üçün getdiyini biləndə şoka düşdüm. Azərbaycan, Rusiyanın etdiyi kimi, suveren ölkəyə hücum edir. Bəlkə siz də bir neçə gün əvvəl erməni əsgərlərinin azərbaycanlılar tərəfindən silahsızlaşdırılaraq amansızcasına güllələnmələrinin dəhşətli kadrlarını görmüsünüz. İndi məhz Azərbaycan Ermənistanın ərazisinə hücum edir. Ermənilər yəhudilər kimi soyqırım yaşamış millətdir. Və biz nə edirik? Qaz sazişi imzalayırıq. Bu isə o deməkdir ki, Avropa bu qaz sazişi sayəsində Azərbaycana silahlar almağa imkan yaradacaq, onlar isə həmin silahlarla erməniləri öldürəcəklər. Belə olan halda mənəvi dəyərlər haqqında danışaraq rus qazının ixracını dayandırmağın nə mənası var? Rusiya Ukraynaya hücum etdiyi kimi, Azərbaycan da suveren ölkə olan Ermənistana hücum edir. Lakin biz bu ölkələrə qarşı tamamilə əks mövqe tuturuq. Senat üçün bunu partiyalararası şəkildə qınamaq qürurvericidir”. [https://twitter.com/BrunoRetailleau/status/1577919778580307970?cxt=HHwWhIC95bXr8uUrAAAA]
7 oktyabr 2022-ci il tarixində Senatın kommunist partiyasından olan üzvü Pyer Uzuliya Azərbaycana qarşı qətnamə layihəsini öz Twitter hesabında dəstəkləyib:
“Ümid etdiyim kimi, Senat partiyalararası şəkildə Ermənistana dəstəyini təsdiqləyərək və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə çağıraraq məsuliyyəti öz üzərinə götürdü. Qətnamə layihəsi 15 noyabr tarixində müzakirəyə çıxarılacaq”. [https://twitter.com/OuzouliasP/status/1578313246779797504].
9 oktyabr 2022-ci il tarixində “Respublika Xalq İttifaqı” partiyasının (Union Populaire Républicaine) lideri Fransua Asselino Twitterdə yazıb: “Bir neçə kubmetr qaz naminə… Makron başda olmaqla, Avropa tulaları erməni xalqını pulsuz, silahsız və vəziyyətdən sui-istifadə edən Azərbaycanın qarşısında diplomatik fəaliyyətsiz qoyurlar. Bu tanrısızlıqdır”. [https://twitter.com/UPR_Asselineau/status/1579077146194378752].
11 oktyabr 2022-ci il tarixində Fransanın XİN-in başçısı Katrin Kolonna Milli Assambleyada bildirib: “Fransa Ermənistanın ərazi bütövlüyünün pozulması məsələsində onunla tamamilə həmrəydir və tədbirlər görür… Məlum olduğu kimi, Ermənistan Fransanın dəstəyinə arxayın ola bilər. Biz onun maraqları dairəsində, sülh üçün çalışırıq”. [Milli Assambleyanın saytı https://www.assemblee-nationale.fr/dyn/16/comptes-rendus/seance/session-ordinaire-de-2022-2023/premiere-seance-du-mardi-11-octobre-2022]
11 oktyabr 2022-ci il tarixində Fransanın Xarici İşlər Naziri Ketrin Kolonna France Inter radiosunun efirində demişdir: “Biz Ermənistana qarşı susmuruq... Biz Ermənistanı dəstəkləyirik” [источник: сайт Radio France
11 oktyabr 2022-ci il tarixindəLe Monde qəzetində dörd görkəmli fransız siyasətçinin Ermənistana “Azərbaycanın hücumları” qarşısında Avropanın passivliyi ilə bağlı narahat olduqları haqda məqalə dərc olunub. Müəlliflər hökümətə çağırışda Azərbaycan qazına görə «Ermənistanı qurban verməməyə», qazın Avropaya idxalı ilə bağlı razılaşmanı mühakimə etməyə, və Ermənistana hərbi dəstəyin göstərilməsi məsələsinə ciddi baxılmasına” çağırış edirdilər. Məqalə qeyd olunmuş dövlət rəsmiləri tərəfindən imzalanıb: Milli Assambleyanın üzvü Klementina Oten; Avropa Parlamentinin deputatı Fransua Xavier Bellamy; Senat üzvü Valeri Boye; Milli Məclisin üzvü və Sosialist Partiyasının birinci katibi Olivye For. [https://www.lemonde.fr/idees/article/2022/10/10/armenie-une-nouvelle-guerre-de-conquete-s-annonce-aux-portes-de-l-europe-si-la-communaute-internationale-ne-reagit-pas-avec-la-fermete-necessaire_6145214_3232.html].
12 oktyabr 2022-ci il tarixində Fransanın prezidenti Emmanuel Makron «France 2» telekanalında çıxışı zamanı bildirib: “... Azərbaycan çoxsaylı ölümlər, dəhşətli səhnələr və ərazinin zəbt edilməsi ilə müşahidə edilən qorxunc müharibə başladıb. Sentyabr ayında Azərbaycan öz ərazisinin bir hissəsindən digərinə dəhliz yaratmaq məqsədilə sərhədboyu bir neçə hücum əməliyyatı həyata keçirib. Biz onu qınadıq… Biz Ermənistanı və erməniləri tək qoymayacağıq. Fransa Azərbaycandan qaz almır. Belə bir razılaşma yoxdur. Əlbəttə, bəzi Avropa ölkələrinin qaz sazişi var. Amma sizə Fransa və Avropanın səsi ilə bağlı deyirəm ki, bizim dəyərlərimizi və prinsiplərimizi qaz və ya neftin qiymətinə almaq mümkün deyil”. [https://www.francetvinfo.fr/politique/emmanuel-macron/direct-emmanuel-macron-est-l-invite-special-de-la-nouvelle-emission-politique-de-france-2-l-evenement-a-20h30_5413327.html].