Fransanın Moskvadakı səfirliyi qarşısında keçirilən aksiyada saxlanılanların sayı üç nəfərə çatıb. Bu barədə 19 oktyabr tarixində AZfront məlumat verib.
Tutulan üç qadından ikisi Rusiyada yaşayan və həmin ölkənin vətəndaşlarının həyat yoldaşları olan Azərbaycan Respublikasının vətəndaşlarıdır, biri isə Rusiya Federasiyasının vətəndaşıdır. Onlar etiraz aksiyasının keçirilməsində ittiham olunurlar.
Qeyd edək ki, oktyabrın 19-da Fransanın Moskvadakı səfirliyi qarşısında azərbaycanlı qadın və uşaqların iştirakı ilə aksiya keçirilib.
#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq