Fransanın Moskvadakı səfirliyi qarşısında bu gün keçirilən Azərbaycana dəstək aksiyanın daha bir iştirakçısı saxlanılıb. Bu barədə 19 oktyabr tarixində AZfront Telegram səhifəsi xəbər verib.
Həmin qadın aksiya zamanı tutulan 3 nəfərdən birinin bacısıdır və bu səbəbdən o, Yakimanka rayon polis şöbəsinə gəlmək məcburiyyətində qalıb və orada da saxlanılıb.
Beləliklə saxlanılanların sayı dördə çatıb. Məlumata əsasən, onlara Moskvadakı Azərbaycan diasporu tərəfindən vəkil verilib. Saxlanılan qadınların sözlərinə görə, polis şöbəsində onlarla normal davranırlar və onlara qarşı şiddət göstərilməyib.