İyulun 3-ü saat 11:00 radələrində Füzuli rayonu, Qazaxlar kəndində 64 yaşlı mühəndis iş başında həlak olub. Bu barədə Baş Prokurorluq məlumat verib.
Füzuli suvarma sistemləri idarəsinin elektrik mühəndisi su quyusunun motorunu təmir edərkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.