Füzuli-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir. Bu barədə AAYDA mayın 24-də məlumat verib.
Avtomobil yolunun uzunluğu 12 kilometrdir. Bu yol başlanğıcını “Zəfər Yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir.
Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlı olacaq. Avtomobil yolunda hazırda torpaq işləri icrası davam etdirilir.
[URIS id=49893]