Ötən gün, iyunun 26-sı saat 21:00 radələrində Füzulidə polis əməkdaşı minaya düşərək yaralanıb. Bu haqda Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə xəbər paylaşıb.
Məlumata görə, 33 yaşlı polis serjantı İlham Salmanov xidmətdən kənar vaxtda Füzuli rayonunun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndində piyada əleyhinə minaya düşüb. Nəticədə o, xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Faktla bağlı araşdırma davam edir.