Sentyabrın 19-da saat 01 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 19 sentyabr tarixində APA məlumat verib.
Yük avtomobilinin aşması nəticəsində DİN-in üç əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan əməkdaşlarımız xəstəxanaya yerləşdiriliblər. Araşdırma aparılır.