Füzulidə aprel-may aylarında müxtəlif mağazalardan oğurluqlar edən 3 nəfər saxlanılıb. Bu barədə mayın 10-da Daxili İşlər Nazirliyindən Report-a məlumat verilib.
Saxlanılan Ülvü Ələkbərov, Zamin Həsənov və Ruslan Hüseynovun mağazalara daxil olaraq nağd pul və müxtəlif əşyalar oğurlamaqla vətəndaşlara 14 min manatdan artıq ziyan vurduqları müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.