Füzulidə 17 yaşlı oğlan kanalda batıb. Bu haqda iyunun 14-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Baş Mil kanalının Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qurumun əməkdaşları axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.