Füzulidə 31 yaşlı kişini avtomobil vurub. Bu barədə 11 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü şəxs yolu keçərkən avtomobil onu vurub. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.