Füzuli rayonunda Asan Sertifikat Xidmətləri Mərkəzi fəaliyyətə başlayıb. Bu barədə oktyabrın 22-də Dövlət Vergi Xidməti xəbər verib.
Yeni Mərkəzin yaradılması vergi ödəyicilərinin işini asanlaşdırmaqla yanaşı, Füzuli rayonunda iqtisadi canlanmanın sürətləndirilməsi, innovativ texnologiyaların tətbiqi və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılmasına xidmət edir.