Füzulidə yol qəzası baş verib. Bu barədə iyulun 4-də APA məlumat yayıb.
Belə ki, Beyləqan rayon sakini, 1989-cu il təvəllüdlü Ruslan Bədirxanov idarə etdiyi avtomobili aşırıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Qeyd edək ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində baş verib.