Füzulidə hərbi mövqelərdən ermənilərin geri çəkilərkən atdıqları müxtəlif silah-sursatlar aşkar edilib. Bu haqda iyunun 25-də Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ərazidə 5 avtomat, 3 qumbaraatan, pulemyot, tapança, minaatan, tank əleyhinə idarəolunan raket sistemi, 44 qumbara, 7 mərmi, 2 959 patron tapılıb. Onlar aidiyyəti üzrə təhvil verilib.