Füzulidə baş verən qəzada 4 nəfər xəsarət alıb. Bu barədə iyunun 23-də APA xəbər yayıb.
Hadisə rayonun Yuxarı Yağlıvənd kəndi ərazisində baş verib. Belə ki, “VAZ 2106” markalı avtomobil qarşıdan gələn “LADA 2110” markalı avtomobillə toqquşub.
Nəticədə “VAZ 2106” markalı avtomobilin sürücüsü və sərnişini, “LADA” markalı avtomobilin sürücüsü və iki sərnişini müxtəlif dərəcəli xəsarət alıblar.
Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.