Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində 24 kvadratmetr təşkil edən qamış konstruksiyadan ibarət tövlə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi mayın 24-də xəbər paylaşıb.
Həmçinin tövlənin yaxınlığında yığılan 3 ton ot və 20 p.m. kol-kosdan ibarət çəpər yanıb.
Bununla yanaşı, Sabirabadın Bulaqlı kəndində "VAZ" markalı minik avtomobili yol kənarında ağaca çırpılıb. Nəticədə avtomobilin yanar hissələri alovlanıb. Ərazidə olan ağaclar yanğından mühafizə olunub.
Gəncə şəhərində isə avtomobil təmiri sexində 1 ədəd hava kompressoru və ehtiyat hissələri yanıb.
Hər üç yanğın söndürülüb.