Füzulidə talvarda yanğın baş verib, nəticədə bir nəfər xəsarət alıb. Bu barədə iyunun 28-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hadisə rayonun Beşinci Zobucuq qəsəbəsində qeydə alınıb. Sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 2 ton ot bağlaması yanıb.
Yanğın söndürülüb.