Sentyabrın 19-da Füzulidə yol qəzasında həlak olan polis əməkdaşı, 1994-cü il təvəllüdlü Abdullayev Seyfi Fəqan oğlu dəfn edilib.
Bu barədə 20 sentyabr tarixində Report məlumat verib.
O, Qəleybuğurd kənd qəbiristanlığında torpağa tapşırılıb.
***
13:19
Sentyabrın 19-da Füzulidə yol qəzasında həlak olan polis əməkdaşı, 1994-cü il təvəllüdlü Abdullayev Seyfi Fəqan oğlu ilə vida mərasimi keçirilib. Bu barədə 20 sentyabr tarixində Report xəbər verib.
Onun cənazəsi bu gün Şamaxı şəhərindəki Cümə məscidinə gətirilib. Məsciddə cənazə namazı qılındıqdan sonra mərhumun cənazəsi dəfn olunması üçün Şamaxının Qəleybuğurd kəndində, mərhunun ata yurduna gətirilib.
Vida mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanları əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri iştirak ediblər.
Mərhum Qəleybuğurd kənd qəbiristanlığında torpağa tapşırılacaq.