Gürcüstandan ölkəyə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Bu haqda məlumat dekabrın 8-də Dövlət Gömrük Komitəsinin saytında yerləşdirilib.
Belə ki, "Qırmızı Körpü" gömrük postunda qonşu ölkədən gələn "DAF" markalı yük avtomobili saxlanılıb. Nəqliyyat vasitəsinə keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 36 qram marixuana aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
2021-ci ilin 10 ayı ərzində narkotiklərin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi ilə bağlı 286 fakt aşkar olunub. Ümumilikdə müvafiq dövr ərzində 6 tona yaxın narkotik dövriyyədən çıxarılıb.