Gəncədə avtoxuliqanlıq edən sürücülər saxlanılıb. Bu barədə martın 14-də Report xəbər verib.
Göygöl rayon sakini “VAZ” markalı avtomobillə yol hərəkəti qaydalarına əməl etməyərək sürət həddini aşıb və bununla da, ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların narazılığına səbəb olub.
Sürücü barəsində inzibati protokol tərtib edilib. Məhkəmənin qərarı ilə o, sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib.
Həmçinin, polis tərəfindən yol hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər edən şəxs saxlanılıb. Müəyyən edilib ki, həmin şəxs avtomobili sürücülük hüququ olmadan idarə edib. Ona inzibati qaydada 15 sutkalıq həbs cəzası verilib.