Gəncədə sağlamlıq imkanları məhdud olan 17 yaşlı qızı zorlamaqda təqsirləndirilən Rəşid Gözəlovun barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Report martın 3-də məlumat verib.
Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ötən həftə sosial şəbəkələrdə Gəncə şəhəri, Kəpəz rayon sakini, 17 yaşlı fiziki qüsurlu qızın 62 yaşlı qonşusu R. Gözəlov tərəfindən zorakılığa məruz qalması və hazırda hamiləliyin 7-ci ayında olması ilə bağlı məlumat yayılmışdı.