Gəncə Ağır Cinayətlər Məhkəməsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən “Eliş” ləqəbli şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib. Bu haqda dekabrın 9-da DİN məlumat verib.
Onun yaşadığı fərdi yaşayış evlərinə baxış zamanı 11 qutuda ümumi çəkisi 32 kiloqram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Qara bazarda marixuananın satışı 300 000 manat dəyərindədir.
İlkin dindirilmə zamanı “Eliş” ləqəbli şəxs narkotik vasitənin toxumunu bir neçə il bundan əvvəl Gürcüstandan gətirdiyini və satmaq üçün ötən ilin mart ayında əkdiyini bildirib.