Milli Məclisin 7 dekabr tarixində keçirilən iclasında əmək qanunvericiliyinin pozulmasına görə yeni cərimələrin tətbiq edilməsi müzakirə olunub. Bu haqda Sputnik Azərbaycan xəbər verib.
Belə ki, əgər işəgötürən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi ilə bağlı tələblərə əməl etməzsə, cərimə olunacaq. Bu hallarda vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 2000 manat cərimə ediləcəklər.
Təklif olunan bu dəyişikliyin məqsədi işçilərin pozulmuş hüquqlarını bərpa etməkdir.