Gədəbəy sakini quyu qazarkən bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə 25 oktyabr tarixində Report məlumat verib.
Hadisə rayonun Zəhmətkənd kəndi ərazisində baş verib.
Belə ki, 1981-ci il təvəllüdlü Gədəbəy rayon sakini Süleymanov Bəhruz Kərim oğlu oktyabrın 24-ü səhər saatlarında rayonun Zəhmətkənd kəndi ərazisində həyətyanı sahədə quyu qazarkən elektrik cǝrǝyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.