Gədəbəy və Daşkəsən rayonuna qar yağıb. Bu barədə İnsanoid oktyabrın 22-də APA-ya istinadən xəbər verir.
Belə ki, dünən axşam saatlarından ucqar kəndlərə qar yağmağa başlayıb. Daşkəsən rayonunun Qabaqtəpə, Xoşbulaq, Təzəkənd, Alaxançalı, Astaf, Zivlən və Qaraqollar kəndinə qar yağıb.
Qeyd edək ki, Qərb bölgəsində qeyri-sabit hava şərati davam edir.