Güclü yağış Gəncə, Gədəbəy və Goranboyda fəsadlar törədib. Bu barədə iyunun 22-də APA məlumat yayıb.
Gəncənin Məhsəti Gəncəvi qəsəbəsində yağan güclü yağış nəticəsində həyətlərə su dolub. Qeyri-sabit hava şəraiti davam edir.
Gədəbəy rayonunun Çalburun kəndindən sel keçib.
Güclü yağış Goranboyun Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində çaylarda suyun səviyyəsini yüksəldib. Sel suları 20-yə yaxın evə, 20-yə yaxın mal-qaraya, 10-a yaxın iaşə obyektinə və avtomobilə ziyan vurub. Qəsəbənin yolunda avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb.