Gədəbəy rayonunda 59 yaşlı kişi qətlə yetirilib. Bu barədə 16 iyun tarixində APA məlumat verib.
Məlumata əsasən, iyunun 15-i 1963-cü il təvəllüdlü şəxsin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Şubhəli bilinən şəxs saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, 1964-cü il təvəllüdlü şəxs mərhuma ürək nahiyəsindən bıçaq xəsarətləri yetirib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanıb.