“Cari ilin sonu Şuşadakı 1 saylı məktəb təhvil veriləcək və gələn ildən uşaqlar sərbəst məktəbə gedə biləcəklər”. Bunu mayın 16-da Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmisi Məftun Abbasov Oxu.az-a müsahibəsində deyib.
O bildirib ki, Şuşada daimi olaraq polislər, həkimlər, qoruğun əməkdaşları fəaliyyət göstərirlər ki, onlar da məktəbə görə ailələrini gətirə bilmirlər.
Qeyd edək ki, 2021-ci ilin may ayında Prezident İlham Əliyev Şuşada 1 saylı məktəbin təməlini qoyub. 960 şagird yerlik tam orta məktəbin tikintisinə 3 milyon manat vəsait ayrılıb.