Gəncə şəhərində gənc qadın boğazından bıçaqlanaraq öldürülüb. Bu barədə Report iyunun 23-də xəbər yayıb.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Gənc qadın boğazından bir bıçaq xəsarəti alıb. O, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qadının şəxsiyyəti və hadisənin təfərrüatı hələlik məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.