Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru intihara cəhd edib. Bu barədə iyunun 22-də APA xəbər verib.
Qadın dərman qəbul edərək həyatına son qoymaq istəyib. O, xəstəxanaya yerləşdirilib. Məktəb direktorunun vəziyyətinin kafi olduğu bildirilib.
Hadisənin səbəbi hələlik məlum deyil.