Gəncədə narkotikin təsiri altında olan sürücü saxlanılıb. Bu haqda mayın 16-da Report məlumat yayıb.
Şəhər sakini Ramil İsgəndərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə sürət həddini aşdığına və avtoxuliqanlıq etdiyinə görə saxlanılıb.
Saxlanılan zaman sürücünün narkotik vasitənin təsiri altında olduğu da müəyyən edilib. Həmin şəxs barəsində protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Ruslan Həsənov sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib.