Gəncə şəhərinin general Məhəmməd Əsədov küçəsində sakin evini yandırıb. Bu haqda mayın 12-də APA xəbər paylaşıb.
O, ailə münaqişəsi zəminində evinə od vurub, həyat yoldaşının üzərinə də benzin töküb. Nəticədə qadının qolu yanıb. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma davam edir.