Samuxda bıçaqlanma hadisəsi baş verib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 11 iyul tarixində xəbər verir.
Hadisə rayonun ərazisində qeydə alınıb.
24 yaşlı Samux sakini Taleh Məhərrəmov Gəncə sakini E. İbrahimovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisəni törədən Taleh Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.