Gəncə şəhərində ikimərtəbəli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 20 kvadratmetr sahədə və 2-ci mərtəbəsində ümumi sahəsi 77 kvadratmetr olan dördotaqlı mənzilin eyvanı 5 kvadratmetr sahədə yanıb.
Bu barədə 5 iyul tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bildirilib ki, binanın və mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.