Gəncədə 27 yaşlı qadın dərmandan zəhərlənib. Bu barədə iyulun 5-də Lent.az məlumat yayıb.
Hadisə Samir Xasiyev küçəsində baş verib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
İddia edilir ki, qadın müxtəlif dərmanlar qəbul edib. Onun hansı səbəbdən dərman içərək özünü zəhərləməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.