Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə 12 may tarixində APA məlumat verib.
Belə ki, avtomobil yolun qarşı tərəfinə keçmək istəyən 1967-ci il təvəllüdlü qadını vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir.
Faktla bağlı araşdırma aparılır.