Gəncə şəhərində 1964-cü il təvəllüdlü Əsgərov Fərhad Teyyub oğlunu elektrik cərəyanı vuraraq öldürüb. Bu barədə 8 iyun tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat verib.
Məlumata əsasən, hadisə yerinə FHN-nin xilasetmə qüvvələri cəlb olunub. Təhlükəsiz əməliyyat şəraiti təmin olunduqdan sonra xilasedicilər F.Əsgərovun meyitini elektrik dirəyindən aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.