Gəncədə piyadanı vurub, öldürüb hadisə yerindən qaçan sürücü saxlanılıb. Bu haqda mayın 16-da APA məlumat yayıb.
Onun 1969-cu il təvəllüdlü Ceyhun Hüseynov olduğu müəyyən edilib.
***
09:25
Gəncədə yol qəzası zamanı bir nəfər dünyasını dəyişib. Bu haqda mayın 16-da APA məlumat yayıb.
İnsident şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1963-cü il təvəllüdlü kişini vurub. Piyada aldığı xəsarətlərdən həlak olub.
Qəzadan sonra sürücü hadisə yerini tərk edib.
Faktla bağlı araşdırma aparılır.