Gəncə şəhərində yaşlı kişi evini benzin tökərək yandırıb. Bu barədə 2 iyul tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə Həmid Sultanov küçəsində yerləşən fərdi evlərin birində qeydə alınıb. Bildirilib ki, 1949-cu il təvəllüdlü şəxs məlum olmayan səbəblərdən ümumi sahəsi 66 kvadratmetr olan evinə benzin tökərək yandırıb.
Yanğın söndürülüb, ətrafdakı tikililər yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.