Gəncənin Gülüstan qəsəbəsində avtomobilin vuraraq öldürdüyü şəxs Azərbaycan Ordusunun ehtiyatda olan hərbçisi olub. Bu haqda Report iyunun 9-da məlumat paylaşıb.
İyunun 8-i saat 22:00 radələrində “KİA” markalı avtomobil yolu keçən Məhsəti qəsəbə sakini Şöhrət Namazovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.
Polkovnik-leytenant Şöhrət Namazov 2016-cı il Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı olub.