Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Akif İlyas oğlu Abbasovla Daşkəsən rayonunun Əhmədli kəndində keçirilən vida mərasimi başa çatıb. Bu barədə 18 iyul tarixində Report məlumat verib.
Şəhidin nəşi Gəncə Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, Akif İlyas oğlu Abbasov 1970-ci il iyulun 1-də anadan olub. O, 1993-cü il dekabrın 28-də Ağdam rayonunun Salahlı kəndində itkin düşüb.