Gəncədə ikiaylıq körpə xəstəxanada ölüb. Bu barədə 18 iyul tarixində Report TƏBİB-yə istinadən məlumat verib.
Qeyd edilib ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 16.07.2024-cü il tarixində saat 11:10 radələrində 21.05.2024-cü il təvəllüdlü körpə (qadın cinsli) yerləşdirilib.
"Həkimlərin səylərinə baxmayaraq, həmin gün saat 19:14-də körpənin dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı diaqnozu ilə ölümü qeydə alınıb", - məlumatda vurğulanıb.