Gəncə şəhərinin Z. Əliyeva küçəsində ət məhsullarının satışı məntəqəsində 152 kiloqram mənşəyi məlum olmayan ət aşkarlanıb. Bu haqda mayın 23-də AQTA məlumat yayıb.
Mənşəyi məlum olmayan ət satış şəbəkəsindən çıxarılaraq saxlanca qoyulub, müayinələrin aparılması üçün götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Faktla bağlı tədbirlər görülüb.