Gəncədə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən Report-a bildirilib.
Saxlanılan Rasim Qasımov, Samiq Ağayev və Razi Alışovdan heroin, metamfetamin və tiryək aşkar olunaraq götürülüb. Növbəti əməliyyat zamanı Elmar Orucov, Fuad Yaqubov və Elvin Məmmədov da saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.