Gəncədə Peşələr Festivalı keçirilib. Bu barədə 3 iyun tarixində Dövlət Məşğulluq Agentliyinin rəsmi səhifəsində məlumat verilib.
Tədbirdə dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib. Ziyarətçilər festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.
Qeyd edək ki, Peşə Festivallarında iştirak ödənişsizdir. Növbəti tədbir iyunun 5-də Şəkidə keçiriləcək.