Gəncənin Nizami Gəncəvi prospektində ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə iyunun 9-da APA xəbər verib.
Avtomobil yolu keçmək istəyən orta yaşlı piyadanı vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.