Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən poliklinika binasında tavan çöküb. Bu barədə 24 oktyabr tarixində APA məlumat verib.
Belə ki, səhər saatlarında poliklinikanın laboratoriya otağında lambirindən olan tavan qoparaq tökülüb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən “Nizami” Ailə Sağlamlıq Mərkəzinin (ASM) Laboratoriya şöbəsinin tavan hissəsinin çökməsi zamanı xəsarət alan olmayıb.
Hazırda Laboratoriya şöbəsi istisna olmaqla, “Nizami” ASM-i fəaliyyətini davam etdirir.