Gəncədə beşmərtəbəli binanın sonuncu mərtəbəsində baş verən qaz sızması nəticəsində 38 yaşlı kişi ölüb. Bu haqda mayın 26-da FHN məlumat yayıb.
Hadisə şəhərin 5-ci mikrorayonunda baş verib.
70 m² olan 3 otaqlı mənzilin 32 m² sahəsi və 25 m² binanın çardaq hissəsi yanıb.
Hadisə FHN əməkdaşları tərəfindən söndürülüb.